“Biz qarabağda insanların həyat şəraitinin yaxşılaşdırılmasına çalışacağıq. Burada söhbət ancaq təhlükəsizlik məsələləri yox, oradakı ailələrin (erməni) normal yaşayışından da gedir. Sosial-iqtisadi inkişafı da nəzərdə tuturuq, çünki Qarabağda yaşayanların buna ehtiyacı var.
Qarabağda yaşayan ermənilər qorxu ilə yaşayır ki, döyüşlər bərpa olunar. Bu mümkün deyil”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın lideri Vladimir Putin canlı yayımda erməni sualını cavablandırarkən deyib. Kreml rəhbəri mövcud problemlərdən də danışdı:
MÖVZU İLƏ BAĞLI:
Putinə 1,5 milyondan çox sual hazırlandı – CANLI YAYIM davam edir - VİDEO
“İnfrastrukturun bərpası, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər var. Hazırda prosesin içindəyik, üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) qrup yaratmışıq və regionda normal münasibətləri bərpası üçün əlimizdən gələni edirik”
Bizim.Media