Pakistanda helikopter qəzaya düşdü: 5 ölü var - VİDEO

Pakistanda helikopter qəzaya düşdü: 5 ölü var - VİDEO

Hazırda oxunan: Pakistanda helikopter qəzaya düşdü: 5 ölü var - VİDEO

268078

Bu gün Pakistanda, Diamer bölgəsinin Çilas şəhərində helikopter qəzaya uğrayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə rəsmi şəxslər məlumat yayıb.

Hadisə nəticəsində heyət üzvlərindən ibarət 5 nəfər həyatını itirib. Helikopterdə 2 pilot və 3 texniki işçi olub. 

Rəsmi şəxslərdən biri dawn.com-a açıqlamasında helikopterin Pakistan Ordusuna məxsus olduğunu bildirib. Helikopter yeni təklif olunan helipad üzərində sınaq enişi həyata keçirərkən qəzaya uğrayıb. Hadisə yerinə polis və xilasedici dəstələr cəlb olunub, təxliyə işlərinə başlanılıb.

Qəzanın səbəbi hələ dəqiqləşdirilməsə də, ilkin ehtimallara görə bunun “texniki nasazlıq” səbəbindən baş verdiyi deyilir.
 

Xatırladaq ki, bu ayın əvvəlində Xayber Paxtunxva əyalətinin Bajaur bölgəsində də bir xilasetmə helikopteri qəzaya uğramış, nəticədə 2 pilot və 3 ekipaj üzvü həlak olmuşdu. Həmin helikopter daşqından zərər çəkmiş əraziyə yardım çatdırmaq üçün göndərilmişdi.


2024-cü ildə isə Şeva neft yatağı yaxınlığında, Şimali Vəziristanda bir neft şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər həlak olmuş, 8 nəfər isə ağır yaralanmışdı. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO