Nazirlik gətirdiyi “London taksiləri”ni qarajlarda çürüdür - VİDEO

Nazirlik gətirdiyi “London taksiləri”ni qarajlarda çürüdür - VİDEO

Hazırda oxunan: Nazirlik gətirdiyi “London taksiləri”ni qarajlarda çürüdür - VİDEO

26767

Artıq bir neçə ildir ki, mütəmadi olaraq Bakıya gətirilən yüzlərlə “London taksi”si istifadəyə yararsız halda qarajlarda toplanır. Hətta bu avtomobillər qarajın ərazisinə yerləşməyib, yağışın, günün altında yollara səpələnib.

Bizim.Media xəbər verir ki, bu barədə “ARB Xəbər” məlumat yayıb. Xəbərə görə, taksilər təkəri boşalmış, mühərriksiz və bir neçə hissəsi çıxarılmış halda qarajda çürüməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin azalıb


Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev bildirib ki, pandemiya ilə əlaqədar taksi xidmətinə tələbat azalması səbəbindən bu avtomobillər qarajlarda qalıb.

Lakin taksi sürücüləri sözügedən avtomobillərin icarəsinin baha olduğu üçün onlardan imtina edildiyini bildiriblər.

Sürücülər qiymətlərin sərfəli olduğu halda bu maşınlara da tələbatın artacağını deyirlər.

Daha ətraflı süjetdə:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO