Ukrayna millisi ilk dəfə Avropa çempionatında 1/4 finalda - VİDEO

Ukrayna millisi ilk dəfə Avropa çempionatında 1/4 finalda - VİDEO

Hazırda oxunan: Ukrayna millisi ilk dəfə Avropa çempionatında 1/4 finalda - VİDEO

26745

Futbol üzrə Ukrayna milli komandası Avropa çempionatında dörddəbir final mərhələsinə yüksəlib. 

Bizim.Media xəbər verir ki, iyunun 29-da Şotlandiyanın Qlazqo şəhərindəki “Hampden Park” Arenada İsveç və Ukrayna yığmaları üz-üzə gəliblər. 

İtaliyalı baş hakim Daniele Orsatonun idarə etdiyi oyunda hesabı Ukrayna millisi açıb. Matçın 27-ci dəqiqəsində Aleksandr Zinçenko fərqlənib. Matçın 43-cü dəqiqəsində isveçli futbolçu Emil Forsberq hesabı bərabərləşdirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə yekunlaşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İsveçrə millisi dünya çempionunu məğlub etdi - Dörddəbir finala yüksəldi 


Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara top vurulmayıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissədən ibarət əlavə vaxt oynanılıb. Matçın 99-cu dəqiqəsində kobud oyuna görə baş hakim Markus Danielsona qırmızı vərəqə göstərib və İsveç millisi azlıqda qalıb. Bundan yararlanan Ukrayna millisi istəyinə 121-ci dəqiqədə çatıb.

Futbolçu Artyom Dobvik Ukrayna millisinin qələbə qolunu vurub - 2:1. Komanda ilk dəfə Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib. 

Ukrayna millisi dörddəbir finalda İngiltərə yığması ilə qarşılaşacaq. Matç iyulun 3-də İtaliyanın paytaxtı Romadakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Beləliklə, dörddəbir final mərhələsinin bütün cütlükləri müəyyənləşib. İyulun 2-də Sankt-Peterburqda İsveçrə-İspaniya, Münxendə Belçika-İtaliya, ertəsi gün Bakıda Çexiya-Danimarka, Romada Ukrayna-İngiltərə matçları baş tutacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO