Abşeronda daha bir YANĞIN – VİDEO

Abşeronda daha bir YANĞIN – VİDEO

Hazırda oxunan: Abşeronda daha bir YANĞIN – VİDEO

266523

Abşeron rayonunda açıq sahədə yanğın baş verib.

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
 

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 3 ha sahədə quru ot və kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə edilib.


Qeyd edək ki, bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodunda yanğın baş verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO