Türkiyə-Naxçıvan Dostluq Parkında konsert - VİDEO

Türkiyə-Naxçıvan Dostluq Parkında konsert - VİDEO

Hazırda oxunan: Türkiyə-Naxçıvan Dostluq Parkında konsert - VİDEO

26599

Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olub.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, konsert proqramında əvvəlcə Naxçıvan Qarnizonu Hərbi Orkestri ifa etdiyi təntənəli marşın sədaları altında nizami addımlarla Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısına yürüş edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb


Heydər Əliyev Muzeyinin önündə hərbi orkestrin ifasında marşlar və hərbi mahnılar səsləndirilib.

Bayram konserti Türkiyə-Naxçıvan Dostluq Parkında davam edib. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının ifasında xalq və bəstəkar mahnıları, rəngarəng musiqi nömrələri, eləcə də Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifa etdiyi marşlar hərbi qulluçular və onların ailə üzvlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Bayram konserti gecə saatlarına qədər davam edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO