Azərbaycanlı alimə doğum günündə avtomobil hədiyyə olundu –VİDEO

Azərbaycanlı alimə doğum günündə avtomobil hədiyyə olundu –VİDEO

Hazırda oxunan: Azərbaycanlı alimə doğum günündə avtomobil hədiyyə olundu –VİDEO

265764

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji texnologiya və ölçü-layihə şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev əmək fəaliyyətinin 50, anadan olmasının isə 75 illiyini qeyd edib.

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, Bakının dənizkənarı istirahət mərkəzlərindən birində keçirilən yubiley şənliyində alimə maraqlı bir sürpriz edilib. 
 

Qəhrəman Ağayevin Moskvada yaşayan kiçik qardaşı, uzun illər Satira və Yumor teatrının direktoru olmuş, hazırda isə Rusiya Mədəniyyət Nazirliyində çalışan Məmmədəli Ağayev ona Çin istehsalı olan yeni avtomobil hədiyyə edib.


Bu xəbər tədbirdə elan edilən zaman yubilyar öz təəssüratlarını Bizim.Media-nın əməkdaşı ilə bölüşüb:

“Bilirdim nəsə hədiyyə edəcək, amma maşın olduğunu bilmirdim. Bu, mənim üçün gözlənilməz sürpriz oldu.” – deyə Qəhrəman Ağayev bildirib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO