Azərbaycanlı müğənni baş tutmayan sevgisi haqqında ilk dəfə danışdı – VİDEO

Azərbaycanlı müğənni baş tutmayan sevgisi haqqında ilk dəfə danışdı – VİDEO

Hazırda oxunan: Azərbaycanlı müğənni baş tutmayan sevgisi haqqında ilk dəfə danışdı – VİDEO

26423

ARB TV-nin “Onun sirri” verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.

Bizim.Media xəbər verir ki, sənətçi sevdiyi insandan anasına görə ayrıldığını etiraf edib:

“Bir oğlanla danışırdıq. Anam bunu bilirdi. 2011-ci ildə oğlan həbs olundu. Bir müddət danışa bilmədik. Sonra danışmağa başladıq. Mənə dedi ki, gəl evlənək, mən də həbsdə narahat qalmayım.

Anama olanları dedim.Dedi ki, onunla evlənsən, südümü sənə halal etmərəm. Şərt qoydu ki, ya o, ya mən. Mə də anama söz verdim ki, o, həbsdən çıxan günü ayrılacağam.

2014-cü ildə həbsdən çıxdı. Görüşdük, danışdıq. Ona heç nə demədim. Sağollaşıb gedəndə nömrəmi çıxarıb atdım, əlaqəni kəsdim.

Ancaq nə gizlədim, onunla ailə qurmaq istəyirdim, sonra bu istəyimdən vaz keçdim. Artıq kiminləsə ailə qurmaq, gəlinlik geyinmək beynimdə yoxdur. Ondan ayrılmaq səbəbimi bilmirdi, artıq biləcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO