Türkiyənin Yalova şəhərində 12 yaşlı Həmzə Dağın həyatını xilas edən azərbaycanlı həkim Sərxan Həsənov hazırda ölkənin gündəmindədir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyə mətbuatı yayıb.
Mənbə yazır ki, ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir batan Həmzə ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Ürəyi dayanan Dağı xilas etmək üçün Həsənov xərəyin üzərinə çıxaraq ona ürək masajı edib. Nəhayət, Həmzə əməliyyat edilib, sonra isə həyata qayıdışını həkimləri ilə qeyd edib.
“Dərhal ona ürək masajı etdim, yaxşı ki, problem yaşanmadı. Onu xilas etdiyimizə görə çox xoşbəxtik”, deyə Həsənov vurğulayıb.
Bizim.Media