Hərəkət edən maşında ayaqlarını pəncərədən çıxaran şəxs cəzalandırıldı – VİDEO

Hərəkət edən maşında ayaqlarını pəncərədən çıxaran şəxs cəzalandırıldı – VİDEO

Hazırda oxunan: Hərəkət edən maşında ayaqlarını pəncərədən çıxaran şəxs cəzalandırıldı – VİDEO

262430

“Mercedes” markalı nəqliyyat vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb".

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
 

Qeyd olunub ki, araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən olunaraq dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb və qayda pozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.


"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu kimi məsuliyyətsiz davranışlar nəinki avtomobildə olan şəxslərin, eyni zamanda digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün təhlükə yaradır.

Qanunvericiliyin tələblərinə yalnız sürücülər deyil, sərnişinlər də əməl etməli, hər bir yol hərəkəti iştirakçısı şəxsi təhlükəsizliyinə biganə yanaşmamalıdır. Yolda şou yox, məsuliyyət olmalıdır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO