Vens ABŞ-ın əvvəlki prezidentlərini “axmaq” adlandırdı - VİDEO

Vens ABŞ-ın əvvəlki prezidentlərini “axmaq” adlandırdı - VİDEO

Hazırda oxunan: Vens ABŞ-ın əvvəlki prezidentlərini “axmaq” adlandırdı - VİDEO

256168

ABŞ-ın vitse-prezidenti Cey Di Vens son açıqlamasında ölkə daxilində Yaxın Şərqdə aparılan müharibələrə münasibətdə yaranan yorğunluq və narazılığı təbii və anlaşılan hesab edib. 

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, amerikalılar artıq bu uzunmüddətli və davamlı hərbi əməliyyatların yaratdığı əziyyət və fədakarlıqdan yorulublar.

Vens həmçinin qeyd edib ki, keçmişdə ABŞ-ı “axmaq prezidentlər” idarə ediblər. Bu ifadə ilə o, keçmiş rəhbərlərin Yaxın Şərq siyasətindəki səhvlərinə işarə edib.
 

Onun bu fikirləri ABŞ-da və dünya miqyasında geniş müzakirələrə səbəb olub. Bir çox müşahidəçilər Vensin açıqlamasını ABŞ-ın regional siyasətindəki dəyişikliklərin işarəsi kimi dəyərləndirir.


Eyni zamanda, bu bəyanat amerikalıların beynəlxalq münaqişələrdə iştirakla bağlı getdikcə artan narahatlığını və ölkədə daxili siyasi diskussiyaların mürəkkəbləşdiyini göstərir. Vensin fikrincə, gələcəkdə ABŞ-ın xarici siyasətində daha ehtiyatlı və balanslı addımlar atılması zəruridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO