ABŞ-ın İrana hücumuna Zelenskidən REAKSİYA – VİDEO

ABŞ-ın İrana hücumuna Zelenskidən REAKSİYA – VİDEO

Hazırda oxunan: ABŞ-ın İrana hücumuna Zelenskidən REAKSİYA – VİDEO

256158

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın prezidenti Donald Trampın İrana qarşı atdığı addımı dəstəkləyib.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri bu barədə videomüraciətində danışıb.

O xatırladıb ki, Rusiya İrandan “Şahed” dronları alır:

“Hamımız yaxşı xatırlayırıq ki, Rusiyanın bu cür silahları haradan gəlir. İranın Rusiyanı dəstəkləmək qərarları ölkəmizdə və bir çox başqa ölkələrdə genişmiqyaslı dağıntılar və böyük insan itkilərinə səbəb olub. Bu, doğrudan da dayandırılmalıdır”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin nüvə silahının yayılmasına da qarşı çıxıb:

“Müasir dünyada nüvə silahının yayılmasına yol verilməməlidir. Bu, xüsusi olaraq vurğulanmalıdır. Bu məsələdə Prezident Trampın qərarlılığı çox vacibdir. Eyni zamanda diplomatik metodların vacibliyi də qeyd olunmalıdır”.

Xatırladaq ki, iyunun 22-də gecə saatlarında ABŞ hərbi hava qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib. Trampın sözlərinə görə, İranın nüvə proqramı hücum nəticəsində məhv edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO