Bu bölgəmiz yayı yağışla qarşılayır – FOTO/VİDEO

Bu bölgəmiz yayı yağışla qarşılayır – FOTO/VİDEO

Hazırda oxunan: Bu bölgəmiz yayı yağışla qarşılayır – FOTO/VİDEO

256136

Şimal-Qərb bölgəsində iki gündür ki, qeyri-sabit hava şəraiti müşahidə edilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yayın ilk günündən başlayaraq bölgənin əksər ərazilərində temperatur müəyyən vaxtlarda enməyə başlayıb. Ötən gündən isə bölgənin əksər ərazilərində fasilələrlə yağış yağır. Ümumilikdə bölgə ərazisində temperatur son günlər 25-27 dərəcədən 14-16 dərəcəyə kimi enib. 

Bu gün səhər saatlarında da bölgə rayonlarında qısa fasilələrlə yağışlar müşahidə edilir. Yağışlar bölgədən keçən çaylarda sululuğu qismən artırsa da heç bir təhlükə yaratmayıb. 
 

Hava şəraitinin qeyri-sabitliyi əsasən kənd təsərrüfatında taxıl biçinlərinin ləngiməsinə səbəb olur. Adətən biçin saat 11-12 radələrində başlayırdısa son günlər bu xeyli geriyə çəkilib. Bir sıra fermerlər isə məhsulun nəmliyini nəzərə alıb biçinə ara veriblər. 


Şəki Regional Hidrometerologiya Müəssisəsindən bildirilib ki, qeyri-sabit hava sabaha kimi davam edəcək. İyun ayının 24-dən etibarən yağışlar kəsəcək, havalar isinməyə başlayacaq. 








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO