Laçında ermənidən evinin 30 illik kirayə haqqını istədi – VİDEO

Laçında ermənidən evinin 30 illik kirayə haqqını istədi – VİDEO

Hazırda oxunan: Laçında ermənidən evinin 30 illik kirayə haqqını istədi – VİDEO

254962

“İndi təqdim edəcəyimiz süjeti bir evin taleyi də adlandıra bilərik. Bir vaxtlar Laçının ən gözəl evlərindən biri olub. Amma taleyinə yad əllərdə olmaq düşüb. Əvvəl yandırılıb, sonra soyuq divarlarına başqalarının nəfəsi dəyib. Düz 28 il. Amma indi ağır günləri arxada qalıb. Əsl sahibi geri qayıdıb”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə. Azər Məmmədov Laçının ilk memarlarından biri olub:
 

“Öz evini də o dövrün memarlıq ənənələrini aşan üslubda inşa edib. Məsələ burasındadır ki, Sovet hökuməti laçınlıları öz torpaqlarından uzaq salmaq üçün onlara Sibirdə yaxşı həyat vəd edib. Azər Məmmədov isə bu planı pozanlardan biri olub. Onun inşa etdiyi evin mənzərəsi qeyri-adidir.


Həm Kəlbəcərlə Şahbuz dağları, həm də  Ermənistanla İran görünür. Azər Məmmədov evini erməni ailədən təhvil alarkən onlardan 30 ilin kirayə haqqını da istəyib. Təbii ki, bu, onun illərlə çəkdiyi torpaq həsrətinin etirazı olub”.

Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO