Azərbaycan hərbçiləri Türkiyəyə yollandı – SƏBƏB - VİDEO

Azərbaycan hərbçiləri Türkiyəyə yollandı – SƏBƏB - VİDEO

Hazırda oxunan: Azərbaycan hərbçiləri Türkiyəyə yollandı – SƏBƏB - VİDEO

25492

Azərbaycan ilə Türkiyə arasında mövcud olan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti qrupun qardaş ölkədə keçirilən komando kursuna yola salınması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlim başa çatdı - FOTO


Hərbi qulluqçular qarşısında çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyətə Müdafiə nazirinin bayram təbriklərini çatdırıb.

O, çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətindən, döyüşlərdə göstərilən qəhrəmanlıq və igidlik nümunələrindən danışıb.

Müdafiə nazirinin müavini Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi əməkdaşlığın əhəmiyyətini qeyd edərək komanda kursuna yollanan heyətə uğurlar arzulayıb.
 

Sonra Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçu və qaziyə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş orden və medallar təqdim olunub.


Şəxsi heyət adından çıxış edənlər Azərbaycan dövlətinə, xalqına, Ali Baş Komandana və Hərbi anda daim sədiq qalacaqlarını, bundan sonra da qarşıya qoyulan vəzifələri, verilən əmr və tapşırıqları yerinə yetirməyə hər an hazır olacaqlarını bildiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO