Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü İlqar Əliyev dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
17:42 / 13.06.2025
Bulvarda dənizdə batan şəxs belə XİLAS EDİLDİ – VİDEO
Hazırda oxunan: Bulvarda dənizdə batan şəxs belə XİLAS EDİLDİ – VİDEO
Hazırda oxunan: Bulvarda dənizdə batan şəxs belə XİLAS EDİLDİ – VİDEO
254569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.