Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən skuterlə toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə onun özü danışıb.
Beyni silkələnən aktrisa deyib ki, təcili yardım çağırıldıqdan sonra poliklinikaya aparılıb. Daha sonra isə Respublika Neyrocərrahiyə xəstəxanasına yerləşdirilib.
Xəstəxananın həkim-neyrocərrahı Zəka Abdullayev bildirib ki, İradə Rəşidova üç gün əvvəl Respublika Neyrocərrahiyə xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.
Onu da qeyd edək ki, hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırmalar davam etdirilir.
Daha ətraflı Xəzər TV-nin süjetində:
Bizim.Media