Azərbaycana qarşı KİBERMÜHARİBƏ – Rusiya kəşfiyyatı ölkəmizi necə HƏDƏF ALDI? – VİDEO

Azərbaycana qarşı KİBERMÜHARİBƏ – Rusiya kəşfiyyatı ölkəmizi necə HƏDƏF ALDI? – VİDEO

Hazırda oxunan: Azərbaycana qarşı KİBERMÜHARİBƏ – Rusiya kəşfiyyatı ölkəmizi necə HƏDƏF ALDI? – VİDEO

253376

“2017-ci ildə Bolqarıstan və digər ölkələrin KİV-ləri Azərbaycanın Suriyadakı terrorçulara silah göndərməsi barədə qalmaqallı xəbərlər dərc etdilər. Bu xəbəri ilk dəfə bolqarıstanlı jurnalist Dilyana Gaytandzhieva yayımlamışdı. Onun iddiasına görə, “Silk Way Airlines” hava yolları vasitəsilə diplomatik toxunulmazlıqla qorunan 350-dən çox uçuş həyata keçirilmiş və bu reyslərlə Suriyaya, Əfqanıstana və Afrikaya silah daşınmışdı.

Dilyananın “eksklüziv” reportajı sürətlə yayıldı. Daha sonra “WikiLeaks” tərəfindən paylaşıldı, Culian Assanj tərəfindən təbliğ olundu və Rusiya yönlü şəxslər tərəfindən dəstəkləndi. Bu, Qərb kəşfiyyatını, Körfəz ölkələrini və Azərbaycanı əhatə edən nəhəng bir gizli şəbəkənin ifşası kimi təqdim olunurdu”.

Amma bu hekayə yalan idi. Daha doğrusu, bu, Rusiyanın təşkil etdiyi bir əməliyyat idi”.

Bizim.Media xəbər verir ki, bu fikirlər “AnewZ” televiziyasının hazırladığı videosüjetdə öz əksini tapıb.

“Rusiyanın kibermüharibəsi: GRU Azərbaycanı necə hədəf aldı?” başlıqlı materialda bir sıra maraqlı məqamlar öz əksini tapıb.

Bildiirlib ki, 2025-ci ildə “The Insider” tərəfindən Roman Dobrokhotov, Christo Grozev və Michael Weiss-in apardığı araşdırma yeni faktları üzə çıxarıb.
 

“Azərbaycanla bağlı bu saxta məlumat sızması GRU-nun 29155 saylı bölməsinə aid idi. Eyni bölmənin adı zəhərləmələr, sabotaj və beynəlxalq sui-qəsdlərlə hallanır. Sızmanın arxasındakı “informator” isə GRU tərəfindən yaradılmış saxta “@anon_bg” Twitter profili olub”.


Sözügedən planda əsas hədəflər isə NATO müttəfiqlərini gözdən salmaq, anti-Qərb əhval-ruhiyyəsini gücləndirmək və Azərbaycanı Suriyadakı münaqişədə Qərbin aləti kimi təqdim etmək olub.

GRU tərəfindən hazırlanmış saxta sənədlər — uçuş qeydləri, diplomatik məktublar və silah manifestləri — Dilyanaya bu saxta Twitter hesabı vasitəsilə göndərilib. “Silk Way Airlines” hekayəsi isə Rusiya dezinformasiyasının ustalıqla hazırlanmış nümunəsi idi.

Bu sənədlərin sonradan ya saxta olduğu, ya da məqsədli şəkildə dəyişdirildiyi sübut olundu. GRU, Dilyananı və onun kimi vasitəçiləri istifadə edərək Qərb mediasına saxta hekayələr sızdırdı. “Trud” qəzetində yayımlanan yazı, daha sonra Rusiya dövlət mediası, o cümlədən TASS tərəfindən təbliğ olundu.

Zərbə isə Azərbaycanın nüfuzuna dəydi...

Araşdırmada iştirak edən Christo Grozev bildirib ki, Dilyana Gaytandzhieva böyük ehtimalla Rusiya kəşfiyyatının ən qorxulu bölməsi hesab olunan sui-qəsdçilərdən ibarət bölmə ilə əməkdaşlıq edib.

Bu kampaniyanın təsiri yalnız qəzetlərlə bitmədi. 2017-ci ildə “WikiLeaks” onunla müsahibəni paylaşdı və Dilyananın işdən çıxarılmasını “biabırçılıq” adlandırdı. Assanj isə bu iddiaları təkrar-təkrar səsləndirdi.

Əslində isə ortada Azərbaycanın silah nəqli ilə bağlı heç bir sübut yox idi. Bu ittihamlar Moskvanın daha geniş strategiyasının tərkib hissəsi idi: NATO-nu parçalamaq, Qafqazdakı müttəfiqləri ləkələmək və Suriyadakı xaosun məsuliyyətini özündən uzaqlaşdırmaq.

Dilyananın sonrakı aqibəti

“The Insider”in məlumatına görə, işdən çıxarıldıqdan sonra Dilyana Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunan tədbirlərdə iştirak edib, Kremlyönümlü KİV-lərlə əməkdaşlıq edib və Ukraynadakı biolaboratoriyalarla bağlı nəzəriyyələri yaymağa başlayıb.

Ukrayna təhlükəsizlik xidməti (SBU) Gaytandzhievanı GRU agenti kimi təsnif edib. 2023-cü ildə onun adı “Myrotvorets” (Sülhməramlı) bazasında yer alıb. Bolqarıstandakı tənqidçilər isə hökumətin Dilyana ilə bağlı bu xəbərdarlıqlara məhəl qoymadığını deyirlər.

Christo Grozevin fikrincə, Dilyananın GRU ilə əlaqəsi 2017-ci ildən də əvvələ uzanır:

“Rəsmi əlaqə Twitter-dəki şəxsi söhbət vasitəsilə 2017-ci ilin iyununda baş verib. Ancaq o vaxta qədər onların əməkdaşlığı artıq bir ildir davam edirdi. Düşünürəm ki, bu əlaqə artıq kəsilib, çünki son bir ildə onlar arasında heç bir rabitə qeydə alınmayıb.”
 

Qeyd edək ki, sonrakı illərdə GRU-nun izləri zəhərləmələr, sabotajlar, kiberhücumlar kimi metodlarla Avropanın bir çox yerində yenidən özünü göstərdi. Lakin bu hadisə - “Silk Way Airlines” saxtakarlığı fərqli bir məqamı ortaya çıxardı:


Bu prosesdə nə güllələrdən, nə də bombalardan istifadə olunur. Saxta sənədlər və uydurulmuş miflərdən ibarət bir hekayə yetərlidir.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO