Xaçmazda AĞIR QƏZA – Qadın avtomobildə sıxılı vəziyyətdə qaldı – ANBAAN VİDEO

Xaçmazda AĞIR QƏZA – Qadın avtomobildə sıxılı vəziyyətdə qaldı – ANBAAN VİDEO

Hazırda oxunan: Xaçmazda AĞIR QƏZA – Qadın avtomobildə sıxılı vəziyyətdə qaldı – ANBAAN VİDEO

253362

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZ-3110”, “Kia Rio” və “Mitsubishi Pajero” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Kia Rio”da olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
 

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Şabran rayonunun Uzunboyad kənd sakini 1988-ci il təvəllüdlü Əliyeva Təranə Cəfər qızını deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO