Naxçıvanda qaya uçqunu oldu – VİDEO

Naxçıvanda qaya uçqunu oldu – VİDEO

Hazırda oxunan: Naxçıvanda qaya uçqunu oldu – VİDEO

253198

Naxçıvanın Şərur rayonunun kənd yolunda qaya uçqunu olub.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu baş verib.

Nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.
 

Hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İriölçülü qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.


Hazırda yolda təhlükəsizlik təmin edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO