Həmin ailənin bir övladı da varmış, yanğında evdə olmayıb... – VİDEO

Həmin ailənin bir övladı da varmış, yanğında evdə olmayıb... – VİDEO

Hazırda oxunan: Həmin ailənin bir övladı da varmış, yanğında evdə olmayıb... – VİDEO

253011

Xəbər verdiyimiz kimi, Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub və bir ailə yanaraq həlak olub.

Bizim.Media Baku.TV-yə istinadən xəbər verir ki, hadisə barədə danışan mərhumların yaxın qohumu Vəzir Mustafayev bildirib ki, ailədən geriyə bir övladları qalıb:

“Hadisə gecə saatlarında olub. Telefonlar da yanıb. Dəhşətli bir faciədir. 3 uşaqları var idi. Uşaqlardan biri qonşu kənddə yaşayan nənəsigildə idi. Yanğının nədən baş verməsi ilə bağlı hələ ki məlumatımız yoxdur”.

Ailənin qonşusu Tural Səxavətov isə deyib ki, yanğını görən kimi gəliblər. Lakin əllərindən bir şey gəlməyib.

Qeyd edək ki, yanğın nəticəsində 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, onun 2002-ci il təvəllüdlü həyat yoldaşı Safalı Qorxmaz qızı İmanova, övladları - 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmansoy və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmansoy ölüb.

Hadisə zamanı onlarda qonaq olan T. İmanovun anası 69 yaşlı Bahar Niyaz qızı İmanova və 42 yaşlı qardaşı Ruslan Ağasəf oğlu İmanov yanğından sağ çıxıb.

Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO