Rusiyaya növbəti kütləvi PUA HÜCUMU - Şəhərlər alovlara QƏRQ OLDU - ANBAAN VİDEO

Rusiyaya növbəti kütləvi PUA HÜCUMU - Şəhərlər alovlara QƏRQ OLDU - ANBAAN VİDEO

Hazırda oxunan: Rusiyaya növbəti kütləvi PUA HÜCUMU - Şəhərlər alovlara QƏRQ OLDU - ANBAAN VİDEO

252538

2 iyun bazar ertəsi gecəsi Rusiyanın bir neçə şəhərində güclü partlayış səsləri eşidilib, sakinlər sosial şəbəkələrdə yanğınlar barədə məlumat veriblər.

Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi gecə saatlarında bildirib ki, saat 20:10-dan 21:45-dək Ukraynaya məxsus 53 ədəd təyyarə tipli dron Kursk, Belqorod, Bryansk və Orlov vilayətləri üzərində məhv edilib və ya tutulub.

Daha sonra sosial şəbəkələrdə Lipetsk, Kursk, Borisoqlebsk, Ryazan və Voronej şəhərlərinə dron hücumları barədə xəbərlər yayılıb.

Kursk vilayətinin rəhbəri Aleksandr Xişteyn bildirib ki, şəhər üzərində vurulan dronların qalıqları xüsusi evlərdə və qarajlarda yanğına səbəb olub, bir çoxmənzilli binaya da zərbə dəyib. Xəsarət alanlar yoxdur.

Rusiyadakı müstəqil "VÇK-OGPU" layihəsi bildirir ki, Lipetskdə hədəf hərbi aerodrom, Voronej vilayətində Borisoqlebsk aviabazası, Ryazanda isə Dyaqilevo bazası olub. Xüsusilə Ryazanda genişmiqyaslı yanğın müşahidə olunur.

Qeyd edək ki, 1 iyun tarixində Ukrayna Təhlükəsizlik Xidməti (UTX) “Hörümçək” (Паутина) kod adlı genişmiqyaslı xüsusi əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində Rusiyanın əsas hərbi hava bazalarına zərbələr endirilib.

UTX-nin məlumatına görə, hazırlıq 1,5 il davam edib. Əməliyyat üçün 100-dən çox dron əvvəlcədən Rusiyaya taxta konstruksiyalarda gizlədilərək gətirilib.
 

Dronlar uzaqdan eyni anda aktivləşdirilərək müxtəlif regionlardakı obyektlərə zərbələr endirib. Nəticədə ən azı 40 təyyarə məhv edilib ki, bu da Rusiyanın strateji aviaparkının təxminən üçdə biri deməkdir. Ziyanın ilkin qiymətləndirilməsi 7 milyard ABŞ dollarından çoxdur.


Rusiya tərəfinin reaksiyası zəif və səssiz olub. Rəsmi şəxslər əməliyyatı birbaşa şərh etməyib, Müdafiə Nazirliyi isə sadəcə dron hücumlarını təsdiqləyib, zərərin miqyasını etiraf etməyib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO