“Ukrayna 2025-ci ildə müharibənin başa çatmasında maraqlıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa Ankarada türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Kiyev atəşkəsin müddətinin – 30, 50 və ya 100 gün olmasından asılı olmayaraq dialoqa hazırdır.
“Ukrayna bu məsələlərin Rusiya ilə birbaşa müzakirəsinə açıqdır. Biz bunu nümayəndə heyətlərimizin Rusiya tərəfi ilə son görüşündə təsdiqlədik”, – deyə Sibiqa bildirib. Nazir əlavə edib ki, İstanbulda Türkiyənin vasitəçiliyi ilə baş tutan həmin görüşdə Ukrayna tərəfi Rusiyaya mümkün sülh sazişi və gələcək addımlarla bağlı təkliflərini təqdim edib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
15:03 / 30.05.2025
Sibiqa: “Müharibənin bu il bitməsini istəyirik” – VİDEO
Hazırda oxunan: Sibiqa: “Müharibənin bu il bitməsini istəyirik” – VİDEO
Hazırda oxunan: Sibiqa: “Müharibənin bu il bitməsini istəyirik” – VİDEO
252173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.