Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub.
Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı xəstəxanada vəfat edib.
Qəza zamanı xəsarət alan digər iki qadının isə xəstəxananın travmatologiya şöbəsində müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media