Nərimanovda obyekt YANDI - VİDEO

Nərimanovda obyekt YANDI - VİDEO

Hazırda oxunan: Nərimanovda obyekt YANDI - VİDEO

251436

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, İ.Qayıbov küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 1300kv.m olan bir dam altında tikilmiş avadanlıqların təmiri sexi və anbar kimi fəaliyyət göstərən obyektin dam örtüyündə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən obyektin təmir və anbar hissəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin dam örtüyü 120kv.m. sahədə və işçilərin soyunub-geyinmə otağı 5kv.m. sahədə yanıb.

Obyektin təmir və anbar sahəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO