Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayan 17 yaşlı Əli Sadıqov istifadəyə yararsız materiallardan kənd təsərrüfatı texnikasının mini modellərini hazırlayır.
O, plastik butulkalar, köhnəlmiş metal hissələr, texniki avadanlıqların işləməyən detallarından istifadə edərək traktor, kombayn, toxumsəpən, kultivator kimi müxtəlif texnikaların kiçik ölçülü nümunələrini yaradıb.
Əli bu işə maraqla başladığını, lakin zaman keçdikcə məşğuliyyətin onun üçün daha ciddi bir məqsədə çevrildiyini deyir.
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Sabutay Nağıyev, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media