Rumıniyada keçirilən prezident seçkilərinin qalibi olan Nikuşor Dan rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Bizim.Media xəbər verir ki, onun andiçmə mərasimi parlament binasında baş tutub.
Mərasim Konstitusiya Məhkəməsinin Nikuşor Danın mandatını təsdiqləməsindən sonra keçirilib.
Qeyd edək ki, 2025-ci il prezident seçkilərinin ikinci turunda Nikuşor Dan 6,168,642 səs toplayaraq (53.6%) qalib gəlib. Onun əsas rəqibi, sağçı millətçi George Simion isə 5,339,053 səs (46.4%) əldə edib.
Xatırladaq ki, Nikuşor Dan, Buxarestin keçmiş meri və müstəqil namizəd olaraq seçkilərdə iştirak edib.
Onun qələbəsi, Rumıniyanın Avropa İttifaqı və NATO ilə möhkəm əlaqələrini davam etdirmək istəyən seçicilərin dəstəyini əks etdirir. Danın rəqibi George Simion isə AUR partiyasının lideri və sağçı millətçi mövqeyi ilə tanınır. O, seçkilərin ilk turunda üstünlük qazansa da, ikinci turda məğlub olub.
Bizim.Media