Makron biabır oldu: Həyat yoldaşı onu sillələdi – ANBAAN VİDEO

Makron biabır oldu: Həyat yoldaşı onu sillələdi – ANBAAN VİDEO

Hazırda oxunan: Makron biabır oldu: Həyat yoldaşı onu sillələdi – ANBAAN VİDEO

251341

Fransa Prezidenti Emmanuel Makron Vyetnama səfəri zamanı biabır olub. O, təyyarədən enən zaman həyat yoldaşı Brijit Makron onun sifətinə sillə vurub.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Vyetnam telekanalları yayıb.

Sillədən sonra Briyit Makron ərinin uzatdığı əli geri çevirərək onunla qol-qola getməkdən imtina edib.

Hadisənin səbəbi və detalları hələlik rəsmən açıqlanmayıb, lakin bu insident sosial şəbəkələrdə və Fransa mediasında geniş rezonans doğurub.
 

Xatırladaq ki, Makron mayın 25-də üçgünlük səfərlə Hanoya gedib. Vyetnamda səfərinin ikinci günündə Fransa lideri Bakşon küçəsində yerləşən Qəhrəmanlar və Şəhidlər Abidəsi önünə əklil qoyub, daha sonra isə Prezident Ho Şi Minin məqbərəsini ziyarət edib.


Bu, Makronun prezident olduğu dövrdə Vyetnama ilk rəsmi səfəridir.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Fransa və Vyetnam ikitərəfli münasibətlərin səviyyəsini "hərtərəfli strateji tərəfdaşlıq" səviyyəsinə yüksəldiblər. Bununla da Fransa, Vyetnamla bu səviyyədə əlaqəyə malik ilk Avropa ölkəsi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO