Azərbaycanəsilli rejissorun filmi Kannda “Qızıl palma budağı”na LAYİQ GÖRÜLDÜ - FOTO/VİDEO

Azərbaycanəsilli rejissorun filmi Kannda “Qızıl palma budağı”na LAYİQ GÖRÜLDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanəsilli rejissorun filmi Kannda “Qızıl palma budağı”na LAYİQ GÖRÜLDÜ - FOTO/VİDEO

251146

Azərbaycanəsilli İran rejissoru Cəfər Pənahinin “Gizli təsadüf” filmi Kann kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb.

Bizim.Media xəbər verir ki, filmin süjet təfərrüatları bu ilin sentyabrında baş tutacaq premyerasına qədər gizli saxlanılır.
 

Film rejissor və ssenarist Cəfər Pənahinin İran hakimiyyəti tərəfindən onun fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq çəkilib. Odur ki, ekran işi gizli şəkildə ərsəyə gəlib və dövlət tərəfindən maliyyələşdirilməyib.


Qeyd edək ki, 2010-cu ildə Cəfər Pənahi 6 il həbs və 20 il işləmək hüququndan məhrum edilib. Lakin o, yalnız 2022-ci ildə həbs edilib.

2023-cü ildə 65 yaşında aclıq aksiyası keçirən Pənahi tezliklə azadlığa buraxılsa da, ona fəaliyyət qadağası qoyulub. Buna baxmayaraq Cəfər film çəkməyə davam edir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO