Kann Festivalının bağlanış mərasimində OLAY: Bölgə işıqsız qaldı - VİDEO

Kann Festivalının bağlanış mərasimində OLAY: Bölgə işıqsız qaldı - VİDEO

Hazırda oxunan: Kann Festivalının bağlanış mərasimində OLAY: Bölgə işıqsız qaldı - VİDEO

251109

Fransanın cənubunda Kann Film Festivalının bağlanış mərasimi ərəfəsində elektrik enerjisi kəsilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
 

Məlumata görə, Kann Film Festivalının finalına bir neçə saat qalmış şəhərdə elektrik enerjisi kəsilib. Mağazalarda, restoranlarda, kinoteatrlarda işıqlar sönüb, ödəniş yalnız nağd şəkildə qəbul edilib. Həmçinin işıqforların işləməsi səbəbindən yollarda uzun tıxaclar yaranıb.


Qeyd edilib ki, nasazlığa bir neçə qəza səbəb olub: əvvəlcə yarımstansiyada baş verən yanğın, sonra Kann yaxınlığında elektrik ötürücü xəttinin dayağının dağılması.

Festival təşkilatçıları bağlanış mərasimində generatorlardan istifadə ediləcəyini açıqlayıblar. Lakin onların nə qədər elektrik enerjisi ilə təmin edə biləcəkləri bəlli deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO