AZAL təyyarəsinin qəzası ilə bağlı məlumatların toplanması BAŞA ÇATIB - VİDEO

AZAL təyyarəsinin qəzası ilə bağlı məlumatların toplanması BAŞA ÇATIB - VİDEO

Hazırda oxunan: AZAL təyyarəsinin qəzası ilə bağlı məlumatların toplanması BAŞA ÇATIB - VİDEO

250908

“Azərbaycan Hava Yollarına (AZAL)-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı istintaq toplanmış materialların təhlili mərhələsinə keçib”.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

O bildirib ki, məlumatların toplanması başa çatıb:
 

“Birinci mərhələ müvafiq materialların toplanmasıdır. Bu mərhələ tamamlandı, indi ikinci mərhələ toplanmış materialların öyrənilməsidir. Hazırda araşdırma mərhələsindəyik”.


Karabayev qeyd edib ki, təhqiqat zamanı qazaxıstanlı və beynəlxalq ekspertlər Bakı, Qroznı və Rostov-na-Donu daxil olmaqla Azərbaycan və Rusiyanın hava limanlarında olublar.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib.

Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO