Paytaxtda yolu keçən piyada ağır qəzaya SƏBƏB OLDU – ANBAAN VİDEO

Paytaxtda yolu keçən piyada ağır qəzaya SƏBƏB OLDU – ANBAAN VİDEO

Hazırda oxunan: Paytaxtda yolu keçən piyada ağır qəzaya SƏBƏB OLDU – ANBAAN VİDEO

250856

“Yol-nəqliyyat hadisələrinin baş verməməsi həm sürücülərdən, həm də piyadalardan asılıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.

Məlumata görə, Paytaxtın Xəzər rayonu, Qala-Pirallahı yolunda 2 gün əvvəl baş verən hadisə zamanı yolun hərəkət hissəsindən keçən piyada qəzadan son anda xilas olub: 

“Amma bu qəza sürücülərdən birinin xəsarət alması, minik avtomobillərinə, yol infrastrukturuna zərər vurulması və yolda nəqliyyat sıxlığının yaranması ilə nəticələndi. Yollarda sürücü və piyadalar diqqətli olmalı, qəza şəraiti yaratmamalıdırlar.
 

“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Piyada görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir. 


Sürücülər isə yol hərəkəti şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidirlər.

Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO