Ərdoğan Makronun barmağını niyə sıxıb? - VİDEO

Ərdoğan Makronun barmağını niyə sıxıb? - VİDEO

Hazırda oxunan: Ərdoğan Makronun barmağını niyə sıxıb? - VİDEO

250085

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tiranada Fransa lideri Emmanuel Makronla salamlaşarkən onun barmağını tutub sıxması və bir müddət buraxmaması dünya mətbuatının diqqətini çəkib.

Bizim.Media xəbər verir ki, ötən həftə baş verən hadisə bu gün də xarici media və sosial şəbəkələrdə müzakirə olunur.
 

Xatırladaq ki, dövlət başçıları Avropa Siyasi Cəmiyyətinin Albaniyanın paytaxtı Tiranada keçirilən sammiti çərçivəsində görüşüblər. Makron Ərdoğanı salamlamaq üçün yaxınlaşaraq əlini onun çiyninə vurmağa çalışıb. Lakin Türkiyə lideri fransalı həmkarının barmağını tutaraq onu buraxmayıb və bu səbəbdən də Makron özünün ənənəvi salamlaşma üsulunu - əlini qarşısında əyləşən dövlət başçısnın çiyninə toxundurma – tətbq edə bilməyib.


Hətta Fransa prezidenti barmağını bir neçə saniyə Ərdoğanın əlindən xilas etməyə etməyə çalışaraq dartınsa da, buna nail ola bilməyib. Nəticədə Ərdoğan bir müddət Makronun barmağını buraxmayıb, bundan sonra tərcüməçi vasitəsilə ona nəsə deyib.

Daha sonra sosial şəbəkələrdə Türkiyə və Fransa liderlərinin bu qəribə ünsiyyətini əks etdirən video yayılıb.

Bəzi siyasi ekspertlərin fikrincə, Ərdoğan Makronun onun çiynini sığallayıb diplomatik üstünlüyünü bəyan etməsinin qarşısını almaq üçün onun barmağını tutub.

Türkiyə mətbuatı yazır ki, Ərdoğan məhz bu məqsədlə Fransa prezidentinə tanış tərzdə onun çiyninə vurmağa imkan verməyib. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO