Türkiyənin Boğaziçi Universitetində insident yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Məlumata görə, universitetə çıxış üçün dəvət edilən yazıçı Nurəddin Yıldıza hücum olub.
Pedofiliya və qadına şiddətlə bağlı açıqlamaları ilə gündəmə gələn Yıldıza tələbələr sərt reaksiya veriblər. Bir qrup universitet tələbələri "Nurəddin Yıldız, get universitetimdən!" şüarını səsləndirib. Daha sonra onlardan biri yazıçıya yumurta atıb.
İclas zalında olan polislər dərhal hadisəyə müdaxilə edərək etirazçıları zaldan çıxarıblar. Bu zaman 13 polis əməkdaşı yüngül xəsarət alıb.
Hadisələr zamanı 39-u qadın, 58-i kişi olmaqla ümumilikdə 97 nümayişçi saxlanılıb.
Bizim.Media