Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Tramp üçün daşınabilən “McDonald's” restoranı quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Nəşr qeyd edib ki, Trampın səfərindən dərhal sonra Ər-Riyadın mərkəzindəki dayanacaqlardan birində daşınabilən “McDonald's” restoranı yerləşdirilib. Qeyd edilib ki, restoran hələlik fəaliyyət göstərmir və bağlıdır.
Xatırladaq ki, Tramp prezident seçildikdən sonra ilk rəsmi səfəri üçün mayın 13-də Səudiyyə Ərəbistanına gəlib.
Amerika liderini səfərdə ABŞ-ın dövlət katibi Marko Rubio, ABŞ-nin müdafiə naziri Pit Heqset, ABŞ-nin ticarət naziri Hovard Lutnik və energetika naziri Kris Rayt müşayiət edir.
Daha sonra Ağ Ev rəhbəri Qətər və BƏƏ-yə də səfər edəcək. Onun Romaya da qısa bir səfəri də planlaşdırılır.
Bizim.Media