Gəncədə yaşayış evində yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Mikayıl Muşfiq küçəsi birinci dalan, ev 10 ünvanında qeydə alınıb.
İsmayıl Ələsgərova məxsus 5 otaqlı evdə anidən yanğın başlayıb.
İlkin məlumata görə, ümumi sahəsi 94-kv olan tikilinin 81 kv yanıb. Həmçinin alov qonşuluqdakı tikilinin dam örtüyünə də keçib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Yanğına səbəb kimi elektrik naqillərində yaşanan qısaqapanmanın olduğu bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu