Meksikada hava şarının qəfil alovlanması faciə ilə nəticələnib.
Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, hadisə Enrike Estrada bələdiyyəsinin təşkil etdiyi ictimai tədbir zamanı baş verib.
Belə ki, şarda olan şəxslərdən biri uzun müddət havada asılı qalsa da, sonda hündürlükdən yerə çırpılıb və həyatını itirib.
Bədbəxt hadisə nəticəsində daha iki nəfər yaralanıb.
Faktla bağlı cinayət işi açılıb.
Bizim.Media