Gecələr Bakını bir-birinə vuran motosikletçilər HƏBS EDİLDİ – VİDEO

Gecələr Bakını bir-birinə vuran motosikletçilər HƏBS EDİLDİ – VİDEO

Hazırda oxunan: Gecələr Bakını bir-birinə vuran motosikletçilər HƏBS EDİLDİ – VİDEO

248855

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, Bakı şəhər DYP İdarəsi və Nəsimi RPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.


Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı, N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO