İspaniya və Portuqaliyada işıq yoxdur: Nəqliyyat sistemi çökdü - VİDEO

İspaniya və Portuqaliyada işıq yoxdur: Nəqliyyat sistemi çökdü - VİDEO

Hazırda oxunan: İspaniya və Portuqaliyada işıq yoxdur: Nəqliyyat sistemi çökdü - VİDEO

246520

İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, İspaniyanın Madrid, Barselona, Sevilya, Portuqaliyanın isə Lissabon və Portu şəhərlərində işıqforlar da daxil bütün nəqliyyat sistemləri çöküb. 
 

İşıqforların işləməməsi isə tıxaca səbəb olub. Nəticədə qatarlar dayanıb, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.


İspaniyanın elektrik şəbəkəsi “Renfe”nin məlumatına görə, saat 12:30-da elektrik enerjisi kəsilib və bütün stansiyalarda qatarların xidməti dayanıb:

“Problemin səbəbi hələ ki bəlli deyil. Elektrikin bərpası üçün hazırda şirkətlərlə iş gedir. Qısa zamanda vətəndaşlara məlumat veriləcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO