Ağ Evdən Zelenskiyə XƏBƏRDARLIQ: Trampın səbri tükənir - VİDEO

Ağ Evdən Zelenskiyə XƏBƏRDARLIQ: Trampın səbri tükənir - VİDEO

Hazırda oxunan: Ağ Evdən Zelenskiyə XƏBƏRDARLIQ: Trampın səbri tükənir - VİDEO

245762

"Prezident Trampın haqlı olaraq qeyd etdiyi kimi, 2014-cü ildə Rusiyaya Krımı ələ keçirməyə icazə verən Prezident Obama olub. Prezident Ukraynadan Krımı tanımasını tələb etmir. Onlardan bunu heç kim tələb etməyib. O, tərəflərin bu müharibənin çox uzun müddətdir qəddar olduğunu anlayaraq danışıqlar masası arxasına əyləşmələrini xahiş edir. Yaxşı bir razılaşma əldə etmək üçün hər iki tərəf bir az narazı olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Caroline Leavitt deyib.

Leavitt Volodimir Zelenskinin media vasitəsilə sülh danışıqları aparmaq istəyini qəbuledilməz adlandırıb:

“Təəssüf ki, prezident Zelenski bu sülh danışıqlarını mətbuat vasitəsilə aparmağa çalışır ki, bu da prezident üçün qəbuledilməzdir. Danışıqlar bağlı qapılar arxasında aparılmalıdır. Prezidentin milli təhlükəsizlik komandası, onun müşavirləri bu müharibəyə son qoymaq üçün əhəmiyyətli vaxt, enerji və səy sərf ediblər”.

O qeyd edib ki, Amerika vergi ödəyiciləri bu səy üçün milyardlarla dollar maliyyələşdiriblər:

“Və bu kifayətdir. Prezident məyusdur. Onun səbri tükənir. O, dünya üçün doğru olanı etmək istəyir. Tramp sülh içində dünyanı görmək istəyir. O, qətlləri dayandırmaq istəyir. Amma bunun baş verməsi üçün münaqişənin hər iki tərəfi buna hazır olmalıdır. Təəssüf ki, prezident Zelenski yanlış istiqamətdə hərəkət edir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO