Bakıda qadının da iştirak etdiyi içki məclisi QANLA BİTDİ - Bir nəfəri bizlə qətlə yetirdilər - VİDEO

Bakıda qadının da iştirak etdiyi içki məclisi QANLA BİTDİ - Bir nəfəri bizlə qətlə yetirdilər - VİDEO

Hazırda oxunan: Bakıda qadının da iştirak etdiyi içki məclisi QANLA BİTDİ - Bir nəfəri bizlə qətlə yetirdilər - VİDEO

245567

Paytaxtın Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, şərti adı Ədil Məhərrəmov olan şəxslə əvvəllər məhkum olunmuş 57 yaşlı şərti adı Nəcəf Qafarov adlı şəxs arasında mübahisə yaranıb.

Bu zaman Nəcəf Qafarov Ədil Məhərrəmova bizlə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.

"Eşitdiyimə görə, hadisə baş verməzdən öncə qayınatası, yoldaşı oturub yeyib-içiblər. İçkili olublar, sözləri çəp gəlib. Bu da davaya səbəb olub", - qonşulardan biri söyləyib.
 

Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO