İşdən çıxan müəllimi belə yola saldılar - FOTO

İşdən çıxan müəllimi belə yola saldılar - FOTO

Hazırda oxunan: İşdən çıxan müəllimi belə yola saldılar - FOTO

245552

Zaqatalanın Üçüncü Tala kənd tam orta məktəbin ingilis dili müəllimi yaşı ilə əlaqədar olaraq, işdən azad edilib və təqaüdə çıxıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Üçüncü Tala kənd tam orta məktəbində 43 il ingilis dili müəllimi işləmiş Rahilə Qurbanovanın 65 yaşı tamam olub.

Bu münasibətlə məktəbin müəllim kollektivi və şagirdlər sevimli müəllimləri üçün özəl proqram tərtib ediblər.

İşlədiyi illər ərzində yüzlərlə gənc yetişdirən, məktəbin və rayonun ictimai həyatında fəal iştirak edən ingilis dili müəllimi ona göstərilən diqqətə görə şagird və müəllimlərə təşəkkürünü bildirib.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO