Litvada Azərbaycan səfirliyinin avtomobili ağır QƏZA törətdi – FOTO/VİDEO

Litvada Azərbaycan səfirliyinin avtomobili ağır QƏZA törətdi – FOTO/VİDEO

Hazırda oxunan: Litvada Azərbaycan səfirliyinin avtomobili ağır QƏZA törətdi – FOTO/VİDEO

245228

Litvanın paytaxtı Vilnüsdə Azərbaycan səfirliyinin avtomobili qəza törədib.

Bizim.Media xəbər verir ki, bu barədə Litvanın “Delfi” nəşri məlumat yayıb.
 

Məlumata görə, hadisə dünən axşam saatlarında Vilnüs şəhərinin mərkəzində qeydə alınıb. Azərbaycan səfirliyinə məxsus “VW Passat” markalı avtomobil “VW Golf” markalı maşına çırpılıb.


Hadisə şahidlərinin verdiyi məlumata görə, səfirliyin avtomobilində 4 nəfər olub. İddiaya görə, onların hamısı sərxoş olub və sürücü ilə sərnişin yerlərini dəyişiblər.

“VW Golf”u isə yeniyetmə idarə edib. Hadisə yerinə çağırılan tibb işçiləri uşağın xəsarət almadığını müəyyən ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO