Rusiya Xarkovu qadağan olunmuş raketlə VURDU – Ölən və yaralananlar var – VİDEO

Rusiya Xarkovu qadağan olunmuş raketlə VURDU – Ölən və yaralananlar var – VİDEO

Hazırda oxunan: Rusiya Xarkovu qadağan olunmuş raketlə VURDU – Ölən və yaralananlar var – VİDEO

244783

Xarkovda aprelin 18-də səhər saatlarında Rusiyanın şəhərin sıx məskunlaşdığı əraziyə endirdiyi raket zərbələri nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkovun meri İqor Terekov teleqram kanalında məlumat verib.

"Düşmənin atdığı raket Xarkovda əhalinin sıx məskunlaşdığı əraziyə düşüb. Hündürmərtəbəli binaya zərbə endirilib. Dağıntılar altında insanlar ola bilər", - Terekov deyib.

Merin sözlərinə görə, Xarkova zərbələr kaset sursatları ilə təchiz olunmuş ballistik raketlərlə endirilib. Buna görə də zərər çəkmiş ərazilər çox böyükdür.

Regional hərbi administrasiyanın rəhbəri Oleq Sinegubovun sözlərinə görə, hücum Xarkovun cənubundakı Osnovyanski rayonuna həyata keçirilib.
 

Raket hücumu nəticəsində 20-dən çox yaşayış binası və 30-dan çox fərdi tikili zərər görüb. İlkin məlumatlara görə, Xarkova raket zərbəsi nəticəsində yaralananların sayı 54-ə çatıb. İkisi uşaq olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağırdır.


Qeyd edək ki, kasetli raket (və ya "kaset başlıqlı raket") içərisində bir neçə kiçik partlayıcı sursat (submunisiya) daşıyan və hədəfə çatdıqda bu sursatları geniş əraziyə səpələyən silah növüdür. 2008-ci ildə qəbul edilən "Kaset Sursatları Konvensiyası" (Convention on Cluster Munitions) bu silahların istifadəsini, istehsalını və yayılmasını qadağan edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO