Cəlilabadda yol qəzası BAŞ VERDİ - VİDEO

Cəlilabadda yol qəzası BAŞ VERDİ - VİDEO

Hazırda oxunan: Cəlilabadda yol qəzası BAŞ VERDİ - VİDEO

244517

Cəlilabad rayonunun mərkəzi küçələrindən biri olan Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumatlara görə, qəza iki minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib. Zədələnən nəqliyyat vasitələrinin müəyyən hissələri sıradan çıxıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO