Bakıda gecə səs-küy yaradan iaşə obyektləri CƏZALANDIRILDI – FOTO/VİDEO

Bakıda gecə səs-küy yaradan iaşə obyektləri CƏZALANDIRILDI – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda gecə səs-küy yaradan iaşə obyektləri CƏZALANDIRILDI – FOTO/VİDEO

244024

Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində yaranan məişət səs-küyünun onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib.

Nəticədə bir neçə obyektin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib.
 

Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.


Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO