Peskov həyat yoldaşının ad günü şərəfinə buz üzərində rəqs etdi - VİDEO

Peskov həyat yoldaşının ad günü şərəfinə buz üzərində rəqs etdi - VİDEO

Hazırda oxunan: Peskov həyat yoldaşının ad günü şərəfinə buz üzərində rəqs etdi - VİDEO

244013

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həyat yoldaşı, olimpiya çempionu Tatyana Navkanın "Şoudan da çox" adlı yubiley şousunda bir buket qırmızı qızılgüllə buz üzərinə çıxaraq onunla rəqs edib.

Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, şouda "Onu bəyəndim" mahnısı səslənib və tamaşaçılar cütlüyü alqışlarla qarşılayıb.

Peskov həyat yoldaşını yubileyi münasibətilə təbrik edib və ona sevgisini etiraf edib.
 

"O qədər iş görmüsünüz. İstəyirəm ki, daha da “uçasınız”. Xoşbəxt olun. İstedadınızı insanlara və mənə ötürün. Mən həmişə səninlə birgə olacağam", - deyə Peskov qızılgül buketini Navkaya verib.


Xatırladaq ki, Tatyana Navka bazar günü yubileyini qeyd edib. Məşhur fiqurlu konkisürən xanımın 50 yaşı tamam olub. Navka 2015-ci ildən Peskovla evlidir.

Qeyd edək ki, Tatyana Navka Dnepropetrovskda anadan olub. Onun ilk əri Aleksandr Julin olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO