Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Bizim.Media xəbər verir ki, proqramın budəfəki qəhrəmanı Novxanı sakini Zemfira Şahbazova olub.
Qonşuluq münasibətlərindən danışan Zemfira Şahbazovanın sözlərinə görə, müasir dövrlə müqayisədə keçmişdə bu əlaqələr daha yaxşı idi:
"O vaxtlar qonşuluq münasibətləri çox yaxşı idi. Əvvəllər təndirə çörək yapardılar. Anam xəstə idi, xəmir yoğura bilmirdi. Qonşularımız bizim üçün xəmir yoğurar, çörək bişirərdilər. Amma indi qonşular qapılarını bağlayır, salam belə vermək istəmirlər".
Novxanı sakini həmçinin gəlin-qayınana münasibətlərindən danışıb. Zemfira Şahbazovanın sözlərinə görə, qayınanalar gəlinləri incitməməli, onlara ana kimi davranmalıdırlar:
"Qayınana evdə böyüklük etməyi bacarmalıdır. O, gəlini qızı kimi qəbul etməli, səhvi həmişə oğlunda görməlidir. Gəlini sıxmaq, incitmək olmaz".
Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:45 / 13.04.2025
"Səhvi ancaq oğlunda görməlisən, gəlində yox" - VİDEO
Hazırda oxunan: "Səhvi ancaq oğlunda görməlisən, gəlində yox" - VİDEO
Hazırda oxunan: "Səhvi ancaq oğlunda görməlisən, gəlində yox" - VİDEO
243855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.