Sürücülük hüququ olmadan avtomobil idarə etdi, narkotik aludəçisi olduğu ÜZƏ ÇIXDI – VİDEO

Sürücülük hüququ olmadan avtomobil idarə etdi, narkotik aludəçisi olduğu ÜZƏ ÇIXDI – VİDEO

Hazırda oxunan: Sürücülük hüququ olmadan avtomobil idarə etdi, narkotik aludəçisi olduğu ÜZƏ ÇIXDI – VİDEO

243565

Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “Hyundai” markalı avtomobil Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı sürücü Ruslan Abdullayevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması aşkarlanıb.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
 

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan R.Abdullayev məhkəmənin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.


"Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə DİN-dən bildirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO