Zibildaşıyanlar Parisi zibil günə qoydular - VİDEO

Zibildaşıyanlar Parisi zibil günə qoydular - VİDEO

Hazırda oxunan: Zibildaşıyanlar Parisi zibil günə qoydular - VİDEO

24258

Dövlət xidməti islahatına etiraz edən zibildaşıyanlar Parisin on üçüncü dairəsindəki meriyanın ərazisinə daxil olaraq zibil yeşiklərini dağıdıblar, ofisdə isə bütün sənədləri cıraraq yerə atıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BFMTV telekanalı yayıb.

Mənbə bildirir ki, etirazların səbəbləri tətillərin azaldılması, tətil hüququnun əngəllənməsi, habelə tullantı təmizləyənlərin işləməyə məcbur edildiyi sanitar şəraitdir.

Dairənin meri Jerom Kume Twitter səhifəsində hərəkəti pisləyib:

"Şiddət, oğurluq və əmlaka dəyən ziyan qanuni hərəkət sayılmamalıdır".

O, televiziya kanalına etirazçıların meriyanın sənədlərini cırıb atdığını söyləyib. Xüsusilə, COVID-19 aşısı ilə əlaqəli sənədlər ziyan görüb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO